Bu ərazilərdə QAZ olmayacaq

Noyabrın 27-də saat 10:00-dan işlər yekunlaşanadək Oğuz rayonunda və Qaxın bəzi kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Qax rayonunun Tasmalı, Zəyəm, Qarabaldır, Şotavar, Qorağan, Almalı, Dəymədağlı, Cəlayer, Qıpçaq, Qaysarlı, Qaratala, Uzuntala və Kötüklü kəndlərində, həmçinin saat 10:00-dan işlər yekunlaşanadək Oğuz rayonunun qaz təchizatında müvəqqəti fasilə olacaq.