“Turan” bu gün Çempionlar Liqasının oyununa çıxır

Azərbaycanın qadın voleybolçulardan ibarət “Turan” komandası bu gün CEV Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.

“Turan” D qrupunun ilk turunun səfər oyununda İtaliyada “Savino Del Bene” klubu ilə qarşılaşacaq.

Florensiya şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, “Turan” qrup mərhələsində Türkiyənin “Eczacıbaşı” və Serbiyanın “Tent” komandaları ilə də münasibətlərinə aydınlıq gətirəcək.