UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti oyunlar keçiriləcək.
Gecənin diqqətçəkən qarşılaşmalarından birində Azərbaycanın "Sabah" klubu İspaniya nəhəngi "Barselona"nı qəbul edəcək. Bakı vaxtı ilə saat 21:45-də başlayacaq matçı İctimai TV canlı yayımlayacaq.
Eyni saatda Çexiyanın "Slaviya Praqa" komandası İspaniyanın "Vilyarreal" klubu ilə üz-üzə gələcək. Oyunu "CBC
Sport" telekanalından izləmək mümkün olacaq.
Gecə saatlarında isə Ukraynanın "Şaxtyor Donetsk" komandası Türkiyə təmsilçisi "Fənərbağça"nı qəbul edəcək. Saat 00:00-da başlayacaq qarşılaşma "CBC Sport"da yayımlanacaq. Eyni vaxtda Portuqaliyanın "Sportinq" klubu İngiltərə "Mançester Yunayted"i ilə qarşılaşacaq. Bu oyunu İctimai TV canlı nümayiş etdirəcək.