“Türkiyədə məşhurlar arasında narkotik əməliyyatı 2025-ci ildə başlayan əməliyyatın yeni dalğasıdır”
Bu sözləri Yenicag.az-a türkiyəli jurnalist Ali Kann bildirib.
Jurnalist Türkiyədə bu gün narkotik əməliyyatı çərçivəsində saxlanılan Özcan Dəniz və digər məşhurların saxlanılmasının pərdəarxası məqamlarını açıqlayıb:
“Sadə dillə desək, bu, tamamilə yeni bir əməliyyat deyil. Türkiyədə məşhurlar arasında narkotik vasitələrdən istifadə ilə bağlı araşdırma 8 oktyabr 2025-ci ildə başlayıb və o vaxtdan bəri ardıcıl dalğalar şəklində davam edib. Bu müddət ərzində sənətçilər, aktyorlar, iş adamları və sosial media fenomenləri də daxil olmaqla, yüzlərlə şəxs istintaqın diqqət mərkəzinə düşüb. 1 noyabr tarixinə olan məlumata görə, 21 ayrı əməliyyat çərçivəsində 258 nəfər barəsində qərar verildiyi açıqlanıb. Onlardan bəziləri sonradan sərbəst buraxılıb, digərləri isə saxlanılıb və hazırda hüquqi proseslər davam edir. Hazırda yeni bir dalğa müşahidə olunur; belə ki, Özcan Dəniz və Dəniz Çakır kimi tanınmış simalar da istintaqa cəlb olunublar”.