Lukaşenkodan Ukrayna torpaqları ilə bağlı diqqətçəkən açıqlama: “Onda bütün Rusiyanı Monqolustana qaytarmaq lazımdır”

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna ərazilərinin tarixən Rusiyaya məxsus olması ilə bağlı səsləndirilən fikirləri şərh edib.

Lukaşenko bu cür tarixi yanaşmanın absurd nəticələrə gətirib çıxara biləcəyini bildirib.

Onun sözlərinə görə, Ukrayna torpaqlarının qədimdən rus torpaqları olduğunu iddia etmək düzgün deyil. Belarus lideri qeyd edib ki, tarix daha dərindən araşdırılarsa, vaxtilə rus torpaqlarının da monqol və tatarların hakimiyyəti altında olduğu üzə çıxır.

“Bu torpaqların qədimdən ruslara məxsus olduğunu söyləmək düzgün deyil. Vaxtilə onlar rus torpaqları olub, lakin tarixə daha dərindən nəzər salsaq, rus torpaqları monqol və tatarların hakimiyyətində olub. O zaman bütün Rusiyanı Monqolustana qaytarmaq lazım gələcək. Putin bunu çox yaxşı başa düşür”, – deyə Lukaşenko bildirib.

Belarus lideri vurğulayıb ki, ərazilərin tarixi mənsubiyyəti ilə bağlı arqumentlər bu cür nəticələr çıxarmaq üçün əsas olmamalıdır.