Balakəndə ailə faciəsi: Qardaş qardaşı bıçaqladı

Axşam saatlarında Balakənin Mahamalar kəndində iki qardaş arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

1960-cı il təvəllüdlü Sədrəddin Malahovla qardaşı 1957-ci il təvəllüdlü Məhəmməd Malahov arasında mübahisə yaranıb.

Nəticədə böyük qardaş Məhəmməd Malahov özündən kiçik qardaş Sədrəddin Malahova bıçaqla sinəsindən xəsarət yetirib.

Yaralı şəxs Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən M. Malahov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media