Almanların 88 faizi kanslerin fəaliyyətini bəyənmir

Almaniya kansleri Fridrix Mertsin fəaliyyətindən narazı olan vətəndaşların sayı rekord həddə çatıb. Sorğuda iştirak edənlərin 88 faizi onun işini mənfi qiymətləndirib.

Bu barədə RTL və “n-tv” telekanallarının sifarişi ilə “Forsa” sosioloji institutunun keçirdiyi sorğunun nəticələrində bildirilib.

Araşdırmaya qatılanların yalnız 11 faizi kanslerin fəaliyyətini müsbət qiymətləndirib. Beləliklə, Mertsin antireytinqi yeni rekord səviyyəyə yüksəlib.

Qeyd edək ki, bundan əvvəl Fridrix Merts Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüşü “foto çəkilişi üçün fürsət” kimi qiymətləndirib.

Bundan əvvəl isə Berlində “Könüllülər koalisiyası”nın sammitindən sonra Almaniya kansleri Rusiya ilə mümkün sülh danışıqlarında Ukrayna və Avropa ölkələrinin iştirakının vacibliyini bəyan edib.