Azərbaycanda TikTok sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb.
Hazırda istifadəçilər platformaya daxil ola bilmirlər.
Belə ki, tətbiqdə hesabları açmaq mümkün olmur və ekranda “Xəta baş verdi” bildirişi əks olunur.
Problemin səbəbi və nə qədər davam edəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, hazırda "StatusGator"-da (internetdə fəaliyyət göstərən müxtəlif platformaların, saytların və onlayn xidmətlərin işlək olub-olmadığını izləyən müstəqil monitorinq platforması) bu dəqiqələrdə İzmir (Türkiyə), Kaliforniya və İngiltərədən də Tiktok-da xəta olduğu barədə bildirişlər yüklənib./bizimmedia