Kolumbiyanın Kartaqena şəhərində supermarketə edilən uğursuz basqından sonra cinayətkarlar 25 nəfəri girov götürüblər.
Bu barədə ölkə prezidenti Abelardo de la Espriella məlumat verib.
Onun sözlərinə görə, cinayətkarlar əvvəlki günün pul vəsaitlərini ələ keçirmək məqsədilə ticarət mərkəzinə daxil olublar. Lakin müşahidə kameraları onların binada olduğunu qeydə alıb. Təhlükəsizlik əməkdaşları həyəcan siqnalını işə saldıqdan sonra polis dərhal hadisə yerinə gəlib.
Bundan sonra cinayətkarlar binanın bir hissəsində gizlənərək insanları girov götürüblər.
Prezident bildirib ki, artıq beş qadın girovluqdan azad edilib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının bütün qüvvələri və xüsusi təyinatlı dəstələr hadisə yerində fəaliyyət göstərir.
Dövlət başçısı hadisənin əvvəlcədən planlaşdırılmış girov götürmə olmadığını vurğulayıb.
Hadisə səbəbindən supermarketin yaxınlığında yerləşən hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.