Türkiyə Böyük Millət Məclisinin sabiq sədri bu gün 89 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Hikmət Çətin 1937-ci ildə Diyarbəkirdə doğulub.
Siyasətçi, iqtisadçı və diplomat olan Hikmət Çətin müxtəlif dövlət vəzifələrində çalışıb.
O, Türkiyə Böyük Millət Məclisinin sədri (1997-1999), Türkiyənin xarici işlər naziri (1991-1994), Türkiyə Baş nazirinin müavini (1995), NATO-nun Əfqanıstandakı Baş Mülki Nümayəndəsi (2003-2006) olub.
Bir müddət Cümhuriyyət Xalq Partiyasına rəhbərlik edib (1995).
Bir neçə çağırış Türkiyə Böyük Millət Məclisinə seçilib.