Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

İsveçdə yaşayan azərbaycanəsilli siyasətçi Turan Əliyev əhalisinin sayına görə ölkənin ikinci ən böyük regionu olan Vestra Hötalandın Logistika üzrə İdarə Heyətinin 2027-2030-cu illər üçün əsas üzvü seçilib. İsveçin 21 regionundan biri olan Vestra Hötaland 49 bələdiyyəni əhatə edir və təxminən 1,8 milyon nəfər əhalisi var.