ABŞ Çin, Avropa İttifaqı və digər ölkələrdən gətirilən mallara yeni gömrük rüsumları tətbiq etməyə hazırlaşır.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir yeni tariflərlə bağlı araşdırmanın nəticələrini bu həftə açıqlaya bilər.
Yeni rüsumların Çin, Avropa İttifaqının 27 üzvü, Yaponiya, Cənubi Koreya, Vyetnam, Hindistan və daha bir sıra ölkələrə şamil olunacağı gözlənilir.
Məlumata görə, Avropa İttifaqı, Yaponiya və Cənubi Koreyadan gətirilən mallara tətbiq ediləcək tariflər 15 faiz və ya daha az olacaq. Vyetnam və Hindistan üçün dərəcələrin daha yüksək, Çin üçün isə daha sərt olması gözlənilir.
Yeni məhdudiyyətlərin əksər ixrac məhsullarına təsir edəcəyi bildirilir. Polad, alüminium və avtomobillər isə ayrıca tariflərə məruz qaldıqları üçün bu siyahıdan çıxarıla bilər.