"Yeni layihələr üzrə fikir mübadiləsi aparıldı"

“Bu əməkdaşlığın böyük hissəsi SOCAR-ın birgə iştirakı ilə Gürcüstanda həyata keçirilən layihələrlə bağlıdır. Gürcüstan tərəfindən Azərbaycanın iqtisadiyyatına yatırılan investisiyalar da qeyd olundu”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə birgə mətbuat konfransında dedi.

O bildirdi ki, iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə fəaliyyət göstərən Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında müxtəlif sahələrdə hazırda icra olunan layihələr və yeni layihələr üzrə fikir mübadiləsi aparılıb:

“Komissiyanın üçüncü iclası bu sahədə daha yaxşı nəticələrin əldə olunmasına imkan verəcək. İki ölkə arasında, eləcə də hər iki ölkənin şirkətlərinin iştirakı ilə həyata keçirilən və bütün regiona böyük təsir göstərən mühüm layihələr mövcuddur”.