Azərbaycan və Gürcüstan münasibətlərinin gündəliyi genişdir.
Trend-in müxbiri xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, iki ölkə arasında 145 qüvvədə olan sənəd mövcuddur.
“Əlavə 18 sənəd üzərində işlər davam etdirilir. Yaxın zamanda onların da imzalanmasının şahidi olacağıq”, - deyə nazir bildirib.