Albaniya Rusiyaya məxsus gəmilərə Liviyanın Benqazi sahillərində noyabrın 22-də endirilən zərbələrin Albaniya ərazisindən həyata keçirilməsi ilə bağlı məlumatları təkzib edib.
Albaniya Xarici İşlər Nazirliyi (XİN) mediada yayılan bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Qurum vurğulayıb ki, Albaniya hücumda iştirak etməyib və hər hansı tərəfə hücumun həyata keçirilməsi və ya bunun üçün zəruri şəraitin yaradılması məqsədilə öz ərazisindən istifadə etməyə icazə verməyib.
Albaniya tərəfi bu cür iddiaları yayanları həssas məsələlərdə dəqiqliyə, ehtiyatlılığa və məsuliyyətə riayət etməyə çağırıb.