Huanqın qayıdışı “Nvidia”ya 1 trilyon dollar qazandırdı

“Nvidia”nın səhmləri Censen Huanqın baş direktor vəzifəsinə qayıtmasından sonra 31 %-dən çox bahalaşıb.

Şirkətin direktorlar şurası cəmi 11 gün əvvəl qəbul edilmiş istefa qərarını ləğv edərək Huanqın prezident və baş direktor postlarına qayıtmasına yekdilliklə razılıq verib.

Bunun fonunda “Nvidia”nın səhmləri təxminən 31 % artaraq 164,48 dollara çatıb. Şirkətin bazar dəyərinə isə təxminən 1 trilyon dollar əlavə olunub.