Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Aparat rəhbəri vəzifəsinə təyinat olub.

Bu barədə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə müvafiq əmr imzalayıb.

Əmrə əsasən Elmin İsa oğlu Fərəcov nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyinat alıb.

E. Fərəcov bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq və kadr məsələləri şöbəsinin müdiri idi.