Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə akkreditə olunmuş Avropa İttifaqına (Aİ) üzv dövlətlərin səfirlərini qəbul edib.
Görüşdə Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin inkişafı, viza rejiminin liberallaşdırılması və ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri müzakirə olunub.
Paşinyan, həmçinin Ermənistanın yeni Konstitusiya layihəsi ilə bağlı məsələyə toxunub.
Görüşdə Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması fonunda regional əməkdaşlığın perspektivləri, eləcə də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin praktiki mərhələsinə başlanılması məsələləri nəzərdən keçirilib.