Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru Fərid Baxşıyev “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasına üzv seçilib.
Bu barədə məlumat ADY-nin rəsmi saytında öz əksini tapıb.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.
Şuranın digər üzvləri isə AZCON Holding-in icraçı direktoru Şahin Babayev, icraçı direktorunun müavini Vüqar Mirzəzadə və baş maliyyə inzibatçısı Taylan Tekelidir./bizimmedia