Tramp: “Çin daha 250 “Boeing” təyyarəsi ala bilər”

ABŞ Prezidenti Donald Tramp Çinin Boeing şirkətindən əlavə 250 təyyarə almağa razılaşacağını gözlədiyini bildirib.

Tramp bu barədə CNBC telekanalına müsahibəsində danışıb.

O, Çin lideri Si Cinpinlə görüşündən bir neçə gün sonra belə bir razılaşmanın əldə olunacağını düşündüyünü qeyd edib.

Qeyd edək ki, Çin may ayında Boeing şirkətindən 200 təyyarə almağa razılıq verib. Bu rəqəm analitiklərin gözləntilərindən xeyli az olub. Həmin vaxt Tramp Çinin sifariş həcmini potensial olaraq 750 təyyarəyədək artıra biləcəyini bildirmişdi.