Bilindiyi kimi, 2027-ci il martın 18-də FİFA-nın prezidenti vəzifəsinə seçki keçiriləcək. Təşkilatın hazırkı rəhbəri Canni İnfantino postunu qorumaq üçün namizədliyini yenidən irəli sürəcəyini bir müddət əvvəl bəyan etmişdi.
Artıq onun iki rəqibi müəyyənləşib. UEFA-nın İcraiyyə Komitəsi Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallonun FİFA-nın prezidenti vəzifəsinə namizədliyini rəsmən dəstəkləyib. Qərar UEFA-nın prezidenti Aleksander Çeferinin sədrliyi ilə keçirilən xüsusi iclasda yekdilliklə qəbul olunub. Namizədliyini irəli sürmək təklifini qəbul edən Diallodan başqa Kodzo Tasima da İnfantinonu yerini tutmağa çalışacaq. Yaponiya Futbol Federasiyasına 2016-18-ci illərdə rəhbərlik edən 68 yaşlı funksioner namizədliyini öz istəyi ilə irəli sürüb.
İnfantino FİFA-ya 2016-cı ildən rəhbərlik edir. Tasima 2015-ci ilin aprelindən FİFA-nın strukturundə fəaliyyət göstərir.
Yeni prezident seçkisi Mərakeşin Rabat şəhərində keçiriləcək FİFA-nın 77-ci Konqresində baş tutacaq. Namizədlərin irəli sürülmüş siyahısı qurumun seçki komissiyasına təqdim olunub. Komissiya onların namizədliyə uyğunluğunu yoxlayacaq. FİFA-nın məlumatına görə, üzv assosiasiyalar seçkidə iştirakına icazə verilmiş namizədlərin adları barədə ən geci 2027-ci il fevralın 18-də məlumatlandırılacaqlar.