NATO 1997-ci il sərhədlərinə qayıtmaq niyyətində deyil.
"İnterfaks"a istinadən, bu barədə Şimali Atlantika Alyansının baş katibi Mark Rütte bu gün mətbuat konfransında bildirib.
"NATO-nun 1997-ci il sərhədlərinə qayıtması qəbuledilməzdir. NATO-da heç kim bunu yaxşı fikir hesab etmir, buna görə də bu, qəbuledilməzdir. Belə qərarlar onun hüdudlarından kənarda hər hansı bir şəxs tərəfindən deyil, NATO daxilində qəbul edilir", - M.Rütte bildirib.