Cari NBA mövsümündə “Filadelfiya 76ers” oyunlarının televiziya auditoriyası ötən mövsümlə müqayisədə 150% artıb.
41 yaşlı Lebron Ceymsin gəlişindən sonra komandaya maraq xeyli artıb.
“The Philadelphia Inquirer” qəzetinin jurnalisti Rob Tornoenun verdiyi məlumata görə, regional televiziya kanalı “NBC Sports Philadelphia”da yayımlanan “Filadelfiya” verilişlərinin orta auditoriyası oyun başına təxminən 215.000 izləyiciyə çatıb. Keçən mövsüm bu rəqəm təxminən 86.000 idi.
Əlaqəli proqramlara azarkeş marağı da əhəmiyyətli dərəcədə artıb. “ Sixers Pregame Live” şousunun orta auditoriyası 220%-dən çox artımla 50.000-i keçib. Oyundan sonrakı proqram olan “Sixers Postgame Live” orta hesabla 80.000 izləyiciyə malikdir.
Ceyms ötən yay “Filadelfiya”ya qoşulub və iki illik müqavilə imzalayıb. Bu, dördqat NBA çempionunun 24-cü peşəkar mövsümüdür.