Gecə saatlarında iki nəfərin ölümü ilə nəticələnən qəzada həyatını itirən Anar Kərimovun tanınmış iş adamı Alik Kərimovun oğlu olması ilə bağlı iddialar yayılıb.
Alik Kərimovun oğlu, “Metak” şirkətinin icraçı direktoru Aydın Kərimov sosial şəbəkədə video paylaşaraq yayılan iddiaları təkzib edib.
“Bir çox xəbər saytları indi mənim barəmdə yanlış məlumat yayırlar. Bu gün faciə baş verib, Allah rəhmət eləsin həmin şəxslərə, ailə üzvlərinə Allah səbr versin. Bizim ailəmizə heç bir aidiyyəti yoxdur. Çox adam narahat olur, zəng edir, çox sağ olun”, – o bildirib.
Qeyd edək ki, ARB TV-nin keçmiş aparıcısı Ada Süleymanova dostları ilə doğum gününü qeyd etdikdən bir neçə saat sonra qəza keçirib və həyatını itirib. O, sərnişin qismində olub. Avtomobili isə Anar Alik oğlu Kərimov idarə edirmiş. /qafqazinfo