Azərbaycan Prezidenti İlham Əliyev TRIPP layihəsinin başlanması münasibətilə ona xoş sözlər ünvanlayan ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. Bu barədə dövlət başçısı “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Hörmətli Prezident Donald Tramp,
Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin başlanması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm”, paylaşımda qeyd olunub.