Birinci Qarabağ müharibəsinin iştirakçısı olan qazi vəfat edib.
Mingəçevirdə yaşayan Birinci Qarabağ savaşının qazisi Faiq Şikar oğlu Məmmədov dünyasını dəyişib.
Bildirilib ki, F.Məmmədov infarkt nəticəsində həyatını itirib.
Uzun illərdir Mingəçevir şəhərində məskunlaşmış mərhum bu gün Ağdam rayonunda dəfn olunacaq.
Qeyd edək ki, F.Məmmədov 1992-ci ildə əsir düşüb. O, 2 il 6 ay düşmən əsirliyində qaldıqdan sonra oradan qaça bilib.