Bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.
Sənədə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyasında təmsil olunan dövlət orqanları (dövlətin hüquqi şəxsləri) və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Azərbaycan Respublikasında atmosfer havasının çirklənməsinə qarşı mübarizəyə dair 2028–2035-ci illər üçün Milli Fəaliyyət Planı”nın (bundan sonra – Milli Fəaliyyət Planı) layihəsini 2027-ci il sentyabrın 1-dək hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyası:
Milli Fəaliyyət Planının layihəsi hazırlanarkən Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 4 noyabr tarixli 1294 nömrəli Sərəncamının 1.2-ci və 1.3-cü bəndlərində nəzərdə tutulan tədbirlərin icrasını təmin və bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.