“Kəpəz” - “Qarabağ” qarşılaşması - CANLI…

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulur.

Turun sonuncu qarşılaşmasında “Kəpəz” Gəncə şəhər stadionunda “Qarabağ”ı qəbul edib.

Saat 17:00-da başlanan oyunun start heyətləri aşağıdakı kimidir.

“Kəpəz” meydana Rojerio Santos, Urfan Abbasov (kapitan), Namik Ələskərov, Şakir Seyidov, Kennet Kalunqa, David Domqjoni, Viktor Stina, Mahamadu Ba, Adama Fofana, Mate Abuladze və Desmond Akua ilə çıxıb.

“Qarabağ”ın start heyətində isə Martin Zlomisliç, Bəhlul Mustafazadə (kapitan), Kadi Borqes, Mateus Silva, Zakaria Savo, Cebrail Makreçkis, Taofik İsmail, Jali Muaddib, Samuel Lobato, Bense Varkonyi və Dieqo Rosa yer alıb.

Hazırda 10 oyundan 19 xal toplayan Ağdam təmsilçisi turnir cədvəlinin 5-ci, 17 xalı olan Gəncə klubu isə 6-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Sumqayıt”ı 5:1, “Turan Tovuz” “Şamaxı”nı, “Qəbələ” isə “Şəfa”nı 2:0 hesabı ilə məğlub edib. “Zirə” – “İmişli” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 2:2.