Braziliya Prezidenti Luis İnasio Lula da Silva Rusiya Prezidenti Vladimir Putinə, ABŞ Prezidenti Donald Trampa və Çin lideri Si Szinpinə müraciət edərək, qlobal zorakılığa son qoymağa, bunun əvəzinə isə birlikdə pivə, viski və konyak içməyə çağırıb.
Prezident bu barədə CNN-ə müsahibəsində deyib.
“Onların hər üçünə zəng edib eyni sözü dedim: “Allah xatirinə, bir araya gəlin, pivə, konyak və ya viski için, amma bir-birinizlə danışın və zorakılığa son qoyun. Təsadüfdürmü, yoxsa yox, hər üçü həqiqətən bir araya gəldi. Bunun mənim zəngimə görə olub-olmadığını bilmirəm”, - Lula da Silva bildirib.