Avropa Birliyinə gedən miqrantların sayı 2027-ci ildə 2015-ci ildən bəri ən yüksək həddə çatacaq.
Bu barədə Avropa ölkələrinin miqrasiya sahəsində fəaliyyət göstərən analitik mərkəzlərinin ekspertləri proqnoz verib.
Mütəxəssislərin fikrincə, gələn il İttifaqın xarici sərhədlərini keçən insanların sayı 1,3 milyon nəfəri ötə bilər.
Artımın əsas səbəbləri sırasında Yaxın Şərq və Afrikada davam edən silahlı qarşıdurmalar, iqtisadi böhranlar və iqlim dəyişikliyi ilə bağlı quraqlıq göstərilir.
Bundan əlavə, insan alverçilərinin şəbəkələrinin genişlənməsi və Aralıq dənizi marşrutlarında nəzarətin zəifləməsi də axını artıran amillərdəndir.