SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vuruldu

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə (HHM) sistemləri Qeşm adası üzərində ABŞ-yə məxsus “MQ-1 Predator” pilotsuz uçuş aparatını məhv edib.

Bu barədə “Al Jazeera” telekanalı SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

“RİA Novosti” SEPAH-ın məlumatına istinadən xəbər verir ki, bu, vurulan 19-cu ABŞ PUA-sıdır.