Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Şəfa" futbol klubunun üzvü Elnur Cəfərov mükafatlandırılıb.
Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Oktyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı ölkə çempionatının XII turunun "Şəfa" – "Qəbələ" görüşündən əvvəl qurumun prezidenti Elxan Səmədov təqdim edib.