Məleykə Abbaszadə heç kimi işdən çıxarmayıb - RƏSMİ

Bakı Dövlət Universiteti (BDU) rektor Məleykə Abbaszadənin vəzifəsinin icrasına başladıqdan sonra işdən azad olunma və ya təyinatla bağlı hər hansı əmr imzalamadığını bildirib.

Universitet açıqlamasında Məleykə Abbaszadənin noyabrın 19-da kollektivə təqdim olunduğunu xatırladıb.

“BDU ilə bağlı məlumatları yayımlamazdan əvvəl universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirməyi və rəsmi xəbərlərə istinad etməyi xahiş edirik”, – açıqlamada bildirilib.

Bakı Dövlət Universitetində (BDU) kadr islahatı aparılıb.

"Unikal"a istinadən, bununla bağlı BDU-nun rektoru Məleykə Abbaszadə əmr imzalayıb.

Əmrə əsasən, rektorun köməkçisi Nərmin Heydərli vəzifəsindən azad edilib.

Qeyd edək ki, Nərmin Heydərli BDU-nun bir neçə gün əvvəl işdən çıxarılan rektoru Elçin Babayevin dövründə bu vəzifəyə təyin olunmuşdu.