8 aylıq hamilə qadın 42 km qaçdı

ABŞ-lı Deyrdre Kin hamiləliyinin 34-cü həftəsində Nyu-York marafonunda 42,195 kilometrlik məsafəni 4 saat 6 dəqiqə 55 saniyəyə qət edib.

“Associated Press”ə istinadən, bu, 38 yaşlı Kinin hamiləlik dövründə tamamladığı yeddinci marafondur. Nyu-Yorkda finişə çatmaqla o, “World Marathon Majors” seriyasının yeddi yarışının hamısını eyni il ərzində başa vurub.

Marşrutun diqqətçəkən detallarından biri də onun doğuş üçün seçdiyi xəstəxananın yaxınlığından keçməsi olub. Kinin sözlərinə görə, yarışın təxminən 26-cı kilometrində xəstəxanaya cəmi bir məhəlləlik məsafədə olub.