Məleykə Abbaszadə rektor köməkçisini vəzifəsindən azad edib? – Açıqlama - Yenilənib

Bakı Dövlət Universiteti (BDU) kadr islahatı ilə bağlı məlumatlara aydınlıq gətirib.

Bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib.

O, rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı ilə bağlı əmr imzalamayıb:

“BDU ilə bağlı məlumatları yayımlamamış universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirməyi və rəsmi xəbərlərə istinad etməyi xahiş edirik”.

***13:27

Bakı Dövlət Universitetində (BDU) kadr islahatı aparılıb.

"Unikal.az"a istinadən, bununla bağlı BDU-nun rektoru Məleykə Abbaszadə əmr imzalayıb.

Əmrə əsasən, rektorun köməkçisi Nərmin Heydərli vəzifəsindən azad edilib.

Qeyd edək ki, Nərmin Heydərli BDU-nun bir neçə gün əvvəl işdən çıxarılan rektoru Elçin Babayevin dövründə bu vəzifəyə təyin olunmuşdu.