İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri Qeşm adası üzərində ABŞ-yə məxsus "MQ-1 Predator" tipli pilotsuz uçuş aparatını məhv edib.
Bu barədə "Al Jazeera" telekanalı SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
"RİA Novosti"nin SEPAH-a istinadən yaydığı məlumata görə, bu, vurulan 19-cu ABŞ pilotsuz uçuş aparatıdır.