Azərbaycanda həbsxanada oxuyan uşaqların sayı

Azərbaycanda 2025/2026-cı tədris ilinin əvvəlində cəzaçəkmə və tərbiyə müəssisələrinin nəzdində fəaliyyət göstərən 5 ümumtəhsil məktəbində 637 nəfər təhsil alıb.

Modern.az-a istinadla, şagirdlərin 437-si X və XI siniflərdə oxuyub. Bu həmin məktəblərdə təhsil alanların təxminən 69 faizidir.

Əvvəlki tədris ilinin başlanğıcında bu məktəblərdə 666 şagird olub. Bir il ərzində şagirdlərin sayı 29 nəfər azalıb, məktəblərin sayı isə 5 olaraq qalıb.