1991-ci il noyabrın 20-də Azərbaycanın tarixində ən ağır faciələrdən biri baş verib.
APA TV-yə istinadən, həmin gün Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycanın Mi-8 tipli hərbi helikopteri vurulub.
Helikopterin göyərtəsində yüksək vəzifəli dövlət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, jurnalistlər, eləcə də Rusiya və Qazaxıstandan olan müşahidəçilər olub.
Qarabağdakı hərbi-siyasi vəziyyətlə tanış olmaq məqsədilə bölgəyə səfər edən nümayəndə heyəti mənzilbaşına çata bilməyib.
Faciə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı həyatını itirib.
Qarakənd faciəsi Azərbaycanın dövlətçilik tarixində ağır itkilərdən biri kimi yadda qalıb. Hər il noyabrın 20-də faciə qurbanlarının xatirəsi ehtiramla anılır.