Ağdam, 20 noyabr, AZƏRTAC Ağdam Şəhəri Günü ilə əlaqədar şəhərdə uşaqlar üçün tamaşa nümayiş etdirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə Ağdam Dövlət Dram Teatrının təqdimatında “Göyçək Fatma” tamaşası nümayiş olunub. Səhnə əsərinin nümayişində məqsəd uşaqların asudə vaxtının səmərəli təşkili, estetik zövqünün formalaşdırılması və onların teatr sənətinə marağının artırılması olub. Müxbir – Tahir Ağaməmmədov
Ağdam Dram Teatrının təqdimatında “Göyçək Fatma” tamaşası nümayiş olunub
Mənbə: azertag.az/xeber/agdam_dram_teatrinin_teqdimatinda_goychek_fatma_tamasasi_numayis_olunub-4518303