Ağdamda möhtəşəm atəşfəşanlıq

Ağdam Şəhər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq təşkil olunub.

Teleqraf-a istinadən, gecə saatlarında keçirilən atəşfəşanlıq Ağdamın səmasını rəngarəng işıqlara qərq edib.

Tədbirdə Ağdam rayon sakinləri, Ağdam, Xocavənd və Füzuli rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, eləcə də ətraf rayonlardan gələn sakinlər iştirak ediblər.

Bayram iştirakçıları atəşfəşanlığı böyük coşqu ilə izləyib, Ağdamın azadlıqdan sonrakı yeni həyatının sevincini birlikdə yaşayıblar.

Qeyd edək ki, Ağdam Şəhəri Günü münasibətilə şəhərdə gün ərzində silsilə mədəni-kütləvi tədbirlər keçirilib.