“Sehirli xalat” filmində Petya rolunu oynayan Kolya Loginov rəhmətə gedib.
Bu haqda Moderator.az-a açıqlamasında “Sehirli xalat” filmində Arif rolunun ifaçısı Nazim Mustafayev deyib:
“Kolya Logionovu çox axtarmışdıq. Haqqında müxtəlif məlumatlar var idi. Biri deyirdi sürücü işləyir, biri deyirdi xarici ölkədə yaşayır. Heç biri dəqiq deyildi. Filmdən sonra onu heç birimiz görməmişik. Bugünlərdə sosial şəbəkədə bir araşdırma etdim və orada Kolya Loginovun rəhmətə getdiyini öyrəndim. Məlumatlarda onun 1991-ci ildə Omska köçdüyü bildirilir və 1998-2000-ci illərdə dostlarını ziyarət etmək üçün Bakıya gəldiyi də deyilir. Qohumlarının bildirdiyinə görə o artıq həyatda yoxdur və Omskda dəfn olunub. Hərhalda məlumatlarda belə yazılıb” deyə Nazim Mustafayev bildirib.