Hörmüzdən keçən tankerdə partlayış baş verdi

Hörmüz boğazından keçən tankerdə partlayış olub.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Bildirilir ki, Omanın Xəsab şəhərindən 8 dəniz mili şimalda tankerin göyərtəsinə mərmi dəyib.

Partlayışdan sonra gəmidə yanğın olub. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.