Noyabrın 20-si səhər saatlarında Rusiyaya məxsus pilotsuz təyyarə Ukraynanın ikinci prezidenti Leonid Kuçmanın Çerniqov vilayətindəki ev-muzeyinə zərbə endirib və yanğın baş verib.
Bu barədə Novqorod-Severski rayon administrasiyasının rəhbəri Aleksandr Seliverstov “Facebook”da məlumat verib.
"20 noyabr tarixində, təxminən saat 9:50-də Çaykino kəndində düşmən hücumu (ehtimal ki, FPV dronu tərəfindən ) qeydə alınıb. Zərbə Ukraynanın ikinci prezidenti Leonid Kuçmanın ev-muzeyində yanğınla nəticələnib”, - administrasiya rəhbəri bildirib.