Dövlət mühafizəsində olan tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələri üzrə bölgüsü dəyişib

Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.

Dəyişikliyə əsasən, "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Arxeoloji abidələr" bölməsində Azıx mağara düşərgəsi və Tağlar mağara düşərgəsinin yerləşdiyi ərazi Füzuli rayonu əvəzinə müvafiq olaraq, Xocavənd rayonu, Azıx kəndi və Tağlar mağara düşərgəsi paleolit dövrü Xocavənd rayonu, Böyük Tağlar kəndi olarqaq qeyd edilib.

Həmin Qərarla təsdiq edilmiş “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı” üzrə “Bağ-park, monumental və xatirə abidələri” bölməsinə Quba Soyqırımı Muzeyi və simvolik məzarlıq əlavə edilib.

"Arxeoloji abidələr” bölməsi üzrə “Astara rayonu” hissəsinə Əlişa qala kompleksi e.ə. IV - e. XVI əsrlər Alaşa kəndi; “Quba rayonu” hissəsinə Xatirə abidəsi – kütləvi məzarlıq 1918-ci il Quba şəhəri, Nəriman Nərimanov küçəsi əlavə edilib.