Bakı, 20 noyabr, AZƏRTAC Özbəkistanın Qaşqadərya vilayətində keçirilən “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində Şəhrisəbz Dövlət Pedaqoji İnstitutunda Şah İsmayıl Xətai adına Azərbaycan Dili və Ədəbi İrsi Mərkəzinin açılış mərasimi keçirilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında yaradılan mərkəzin açılışında elm, təhsil və mədəniyyət nümayəndələri, institutun professor-müəllim heyəti və ictimaiyyət təmsilçiləri iştirak ediblər.Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, XVI əsrin görkəmli dövlət xadimi və şairi Şah İsmayıl Xətainin adını daşıyan bu mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin, eləcə də ölkəmizin zəngin mədəni irsinin beynəlxalq aləmdə daha geniş tanıdılmasına töhfə vermək, tələbə və gənclərin bu irsə marağını artırmaq, Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əlaqələri möhkəmləndirməkdir. Mərkəzin ekspozisiyasında Şah İsmayıl Xətainin həyatı, yaradıcılığı və ədəbi-siyasi fəaliyyəti haqqında məlumatlar, Azərbaycan mütəfəkkirlərinin portretləri və onların irsini əks etdirən materiallar, eləcə də Mədəniyyət Mərkəzinin layihəsi əsasında nəşr olunmuş kitablar və müxtəlif suvenirlər nümayiş etdirilir. Ekspozisiya ziyarətçilərin Azərbaycan ədəbiyyatı və mədəniyyəti, milli-mənəvi irsimizin görkəmli nümayəndələri haqqında biliklərini genişləndirməklə yanaşı, tələbələrə bu irsi dərindən öyrənmək və müstəqil araşdırmalar aparmaq imkanı yaradacaqdır.Həftə çərçivəsində, həmçinin Şəhrisəbz Dövlət Pedaqoji İnstitutunda “Azərbaycan–Özbəkistan əlaqələrində Şah İsmayıl Xətai və Əmir Teymur irsi” mövzusunda elmi dəyirmi masa təşkil olunub. Dəyirmi masada çıxış edən Əmir Teymurun vətəni hesab olunan Şəhrisəbz şəhərinin hakimi Şerzod Buriyev “Ədəbiyyat və sənət həftəsi” çərçivəsində keçirilən tədbirlərin Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafına və xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə verdiyi töhfəni qeyd edib. O, dəyirmi masa iştirakçılarına uğurlar arzulayıb.Şəhrisəbz Dövlət Pedaqoji İnstitutunun rektoru Məşəl Səidov çıxışında dəyirmi masanın Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əlaqələrin möhkəmləndirilməsi, alim və tədqiqatçılar arasında fikir mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, Şah İsmayıl Xətai və Əmir Teymurun irsinin birgə müzakirəsi xalqların ortaq tarixi-mədəni dəyərlərinin daha dərindən öyrənilməsinə, bu irsin gələcək nəsillərə çatdırılmasına və ölkələrimiz arasında elmi əməkdaşlığın inkişafına imkan yaradır.Daha sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Marifli dəyirmi masanın mövzusunun Azərbaycan və Özbəkistan arasında tarixi-mədəni əlaqələrin öyrənilməsi baxımından aktuallığını vurğulayıb. Şah İsmayıl Xətai və Əmir Teymurun dövlətçilik tarixindəki rolundan bəhs edən Akif Marifli onların elmə, mədəniyyətə və incəsənətə verdikləri töhfələrlə də tarixdə mühüm iz qoyduqlarını qeyd edib. O, həmin hökmdarların saraylarında sənətkarlara və mədəniyyət xadimlərinə göstərilən himayənin dövrün mədəni həyatının və incəsənət mühitinin zənginləşməsində mühüm rol oynadığını bildirib.Dəyirmi masada məruzələrlə AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın XV–XVIII əsrlər tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Tofiq Nəcəfli, həmin institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyev, Şəhrisəbz Dövlət Pedaqoji İnstitutunun dosenti, fəlsəfə elmləri namizədi Qanoatova Feruza, eləcə də Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun Şərq klassik ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri namizədi, dosent Eşonova Salimaxon çıxış ediblər.Məruzələrdə Şah İsmayıl Xətai və Əmir Teymur irsinin dövlətçilik, ədəbiyyat və mədəniyyət tarixindəki əhəmiyyətindən, Xətainin divan ədəbiyyatındakı yerindən, tarixi şəxsiyyətlərin dövlətçilik ənənələrinə təsirindən, eləcə də Azərbaycan və Özbəkistan arasında tarixən formalaşmış mədəni və diplomatik əlaqələrdən bəhs olunub.
Bu gün
2779 xəbər bu gün
Bakının Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətinə gedən tuneldə su borularında qəza baş verib. Tunelin üzərindən keçən su borularının partlaması nəticəsində tunelin daxilinə fasiləsiz olaraq su damır…
Dövlət Statistika Komitəsinin Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov dünyasını dəyişib. Mərhumun gecə saatlarında səhhəti qəfil pisləşib və o vəfat edib. Qeyd edək ki, Ş.Həsənov uzun illər Şəmkir Rayon…
Hindistanın şimal-şərqindəki Manipur ştatında ehtimal olunan saxta spirtli içkinin qəbul edilməsindən sonra 11 nəfər həyatını itirib, hadisə ilə bağlı araşdırmalara başlanılıb. Cümə günü verilən məlumata əsasən, zəhərli…
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb. Modern.az paylaşımı təqdim edir: ...
Ölkəmizin aşağı yaş qrupları yığmaları üçün Avropa çempionatının seçmə mərhələsi arxada qaldı. U-17 və U-19 yığmalarımız ümumilikdə 6 oyuna çıxdı. Təəssüf ki, nəticələr heç də ürəkaçan olmadı. U-17 oyunların birində…
Dövlət Statistika Komitəsinin Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov dünyasını dəyişib. Mərhumun gecə saatlarında səhhəti qəfil pisləşib və o vəfat edib.Məlumat üçün bildirək ki, Ş. Həsənov uzun illər…
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb.Oxu24.com paylaşımı təqdim edir:Prezident İlham Əliyevin Vyetnama…
Türkiyənin Bursa şəhərində UNO-ya bənzəyən nadir linza formalı bulud müşahidə olunub. Anadolu Agentliyinin məlumatına görə, bulud Osmangazi, Nilüfer, Kestel, Gürsu və Yıldırım rayonlarından görünüb və bir müddət…
Türkiyə silahlı qruplaşma olan husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistana yardım göstərir, lakin Yəmənə ordu yeritməyəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “TGRT Haber”in efirində bildirib…
Böyük Britaniya və Ukrayna arasında müdafiə sahəsində yeni sazişlər bağlanıb. Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin qurumun rəhbəri Ues Stritinqin Kiyevə səfərinin yekunlarına dair məlumatında qeyd olunub…
Bakı, 21 noyabr, AZƏRTAC Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb.AZƏRTAC paylaşımı təqdim edir.
Bakı, 21 noyabr, AZƏRTACNoyabrın 21-də Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Pakistanın iqlim dəyişmələri və ətraf mühitin…
Bakının Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətinə gedən tuneldə su borularında qəza baş verib.
Президент США Дональд Трамп заявил о намерении добиться более масштабного перемирия между Россией и Украиной. Об этом он заявил в интервью телеканалу Fox News. Трамп...
Президент США Дональд Трамп заявил, что Вашингтон работает над расширением гуманитарных договоренностей между Россией и Украиной. Об этом американский лидер рассказал в интервью телеканалу Fox News.
Nitsa
Yeganə Əhmədova
Bakının Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətinə gedən tuneldə su borularında qəza baş verib. Tunelin üzərindən keçən su borularının partlaması nəticəsində tunelin daxilinə...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri noyabrın 21-də başa çatıb. Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının...
Noyabrın 21-də Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Pakistanın iqlim dəyişikliyi və ətraf mühitin koordinasiyası üzrə…
Dövlət Statistika Komitəsinin Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov dünyasını dəyişib. Mərhumun gecə saatlarında səhhəti qəfil pisləşib və o vəfat edib. Məlumat üçün...
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hüquqşünası Nigar Hafizqızı vəfat edib. Bu haqda Mərkəzin sosial şəbəkə hesabında məlumat verilib. “İqtisadi İslahatların...
ABŞ tərəfi İranın irəli sürdüyü şərtləri qəbul etsə, Hörmüz boğazı açıla bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb.
Rusiya ilə Ukrayna arasında daha əhatəli atəşkəsə nail olmaq istəyirəm. Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. “O, (birinci xanım Melaniya Tramp – red.) Ukrayna ilə Rusiya arasındakı münasibətlərdə çox yaxşı iş…
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb. News24.az paylaşımı təqdim edir:
Türkiyə silahlı qruplaşma olan husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistana yardım göstərir, lakin Yəmənə ordu yeritməyəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "TGRT Haber"in efirində bildirib…
Dövlət Statistika Komitəsinin Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov dünyasını dəyişib. Mərhumun gecə saatlarında səhhəti qəfil pisləşib və o vəfat edib. Qeyd edək ki, Ş.Həsənov uzun illər Şəmkir Rayon…
Nigeriyanın cənubunda yerləşən Bayelsa ştatında sərnişin gəmisinin batması nəticəsində azı 50 nəfər həyatını itirib. Gəmi Niger Deltasında kanallardan birinin yaxınlığında aşıb və batıb…
ABŞ Prezidenti Donald Tramp dövlət borcunun yuxarı həddi ilə bağlı məsələ həll olunmayacağı təqdirdə ölkənin müflisləşmə təhlükəsi ilə üzləşəcəyini bildirib və mövcud məhdudiyyətin ləğv edilməsinə çağırıb.
Ağdam, Füzuli ve Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Ağdam Şəhəri Gününə həsr olunan klip yayımlanıb.