Hanoy, 20 noyabr, AZƏRTAC Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunq ilə görüşü olub.AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Baş nazir Le Minh Hunq dedi: -Vyetnama rəsmi səfəriniz münasibətilə Zati-aliləri Prezidentə və Azərbaycan Respublikasının yüksəksəviyyəli nümayəndə heyətinə Vyetnam Hökuməti adından ən səmimi təbriklərimi çatdırmaq və sizi salamlamaq mənim üçün böyük şərəfdir. Biz hər zaman Azərbaycanda baş verən prosesləri yaxından izləmişik və Sizin rəhbərliyinizlə Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi böyük nailiyyətlər münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edirik. İqtisadi inkişafa gəlincə bildirməliyəm ki, 1959-cu ilin iyulunda Prezident Ho Şi Minin Azərbaycana səfəri xalqlarımız arasında dostluq və əməkdaşlıq ənənəsinin təməlini qoyub. Vyetnam Hökuməti və xalqı milli azadlıq və milli birləşmə uğrunda mübarizəmiz dövründə Azərbaycan xalqının Vyetnama göstərdiyi dəyərli dəstək və yardıma hər zaman yüksək qiymət verib. Biz səmimi-qəlbdən ümidvarıq ki, Azərbaycan bu yeni inkişaf dövründə Vyetnama dəstəyi davam etdirəcək. 2025-ci ilin mayında Baş katib, Prezident To Lamın Azərbaycana tarixi dövlət səfəri və ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi əməkdaşlığımızın yeni zirvələrə çatması və daha əhəmiyyətli, səmərəli olması üçün bir sıra imkanlar yaratdı. İki ölkənin hökumətləri nazirliklərə və dövlət qurumlarına liderlərimizin əldə etdiyi razılaşmaları və öhdəlikləri fəal şəkildə, yüksək səviyyədə həyata keçirmək üçün tapşırıqlar verib. Məmnunluq hissi ilə bildirirəm ki, artıq ilkin müsbət nəticə əldə olunub. Zati-aliləri, siyasi və diplomatik əməkdaşlığa gəlincə, biz 2025-ci ilin iyulunda Hanoyda iqtisadi-ticari, elmi və texniki əməkdaşlıq üzrə Vyetnam-Azərbaycan Hökumətlərarası Komissiyanın üçüncü görüşünü, həmçinin birgə Biznes Şurasının birinci görüşünü uğurla keçirdik. Baxmayaraq ikitərəfli ticarət hələ ki, nisbətən aşağı səviyyədədir və sabit artım trayektoriyasına çatmayıb, lakin inkişafa dair ümidverici əlamətlər var. Hər iki ölkənin bərpaolunan enerji - külək, Günəş enerjisi, ticarət, daşınmaz əmlak və turizm şirkətləri fəaliyyətə başlayıb. Hökumətlərimiz müdafiə, təhlükəsizlik, enerji kimi sahələrdə bütün potensial imkanlarımızı konkret nəticələrə çevirmək, xalqlarımız üçün praktiki faydaları təmin etmək məqsədilə hər zaman çiyin-çiyinə çalışır. Zati-aliləri, indi isə Sizin fikirlərinizi eşitmək istərdim. Təşəkkür edirəm. x x x Sonra çıxış edən Prezident İlham Əliyev dedi: -Təşəkkür edirəm. Gözəl ölkənizdə olmağa çox şadam. Mənim ölkənizə sonuncu səfərimdən 10 ildən artıq vaxt keçib və mən bir çox dəyişikliklərin şahidiyəm. Ölkənizin sosial və iqtisadi inkişafında bütün nailiyyətlər, həmçinin beynəlxalq arenada böyük uğurlarınız münasibətilə Sizi təbrik edirəm. Qeyd etdiyiniz kimi, çox şadıq ki, münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Cənab Prezidentin keçənilki səfəri bizim əlaqələrimizin inkişafı baxımından həlledici olmuşdur. O, məni nəzakətlə ölkəsinə dəvət etdi və mən də dəvəti böyük məmnuniyyət hissi ilə qəbul etdim və bir ildən sonra ölkənizdə səfərdəyəm. Siz ikitərəfli gündəliyimizin çox önəmli məsələlərinə toxundunuz. Münasibətlərimizin tarixi boyunca ölkələrimiz arasında yüksəksəviyyəli həmrəylik və dostluq mövcud olub. Siz Vyetnam Prezidentinin 1959-cu ildə Azərbaycana səfərini qeyd etdiniz. Prezident Ho Şi Min əziz qonaq kimi qarşılanmışdı. Azərbaycan xalqı sizin müstəqillik və azadlıq uğrunda mübarizənizi, xalqınızın işğal dövründə göstərdiyi qəhrəmanlığı qətiyyətlə dəstəkləyib. 2020-ci ildə ərazimizin işğaldan azad edilməsi uğrunda müharibə zamanı biz Vyetnam xalqı və Hökuməti tərəfindən eyni həmrəyliyi gördük, siz bizə güclü dəstək göstərdiniz, o cümlədən BMT Təhlükəsizlik Şurasında. Sosial-iqtisadi sahəyə gəlincə, müsbət dinamika müşahidə edirik. Lakin əlbəttə, əldə olunan nəticələrlə kifayətlənə bilmərik. Buna baxmayaraq, Sizin qeyd etdiyiniz kimi, hazırda üzərində iş gedən çoxlu önəmli layihələrimiz var, o cümlədən enerji təhlükəsizliyi və daşınmaz əmlak sahələrində. x x x Dövlətimizin başçısı Azərbaycan-Vyetnam əlaqələrinin tarixinə toxundu. Azərbaycan Prezidenti bu xüsusda qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin Vyetnama, Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin isə Azərbaycana səfərləri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayıb. Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətin həyata keçirildiyini deyən Prezident İlham Əliyev bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində ölkələrimiz arasında əməkdaşlığı vurğuladı. Prezident İlham Əliyev 2026-cı ilin oktyabrında Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın AQEM-in Bakıda keçirilən Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə səfərini xatırladaraq, onunla apardığı müzakirələrin əhəmiyyətini qeyd etdi. Baş nazir Le Minh Hunq Azərbaycanda tezliklə Vyetnamın səfirliyinin açılacağını bildirdi. Dövlətimizin başçısı Vyetnamın bu addımını yüksək qiymətləndirdi. Azərbaycanın Vyetnamda səfirliyinin uzun müddətdir fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, diplomatik nümayəndəliklərin tam fəaliyyəti ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcək. Baş nazir Le Minh Hunq vyetnamlı mütəxəssislərin Azərbaycanda neft sahəsində təhsil aldıqlarını xatırlatdı, həmin şəxslərin bu gün də Vyetnamın inkişafında mühüm rol oynadıqlarını dedi. Söhbət zamanı enerji sahəsində əməkdaşlığa toxunuldu, xüsusilə Azərbaycanın neft məhsullarının Vyetnama və Vyetnam ərazisindən region ölkələrinə ixrac imkanları, birgə istehsal sahələri ilə bağlı məsələlər müzakirə olundu. Baş nazir Azərbaycanın regionda önəmli mövqeyə malik ölkə olduğunu vurğuladı. Bu xüsusda Vyetnamın Azərbaycanın dəstəyi ilə region ölkələri ilə əməkdaşlığının inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı. Görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan bazarının Vyetnam biznes nümayəndələri üçün cəlbediciliyi və onların burada iştirakda maraqlı olmaları qeyd edildi, tikinti, turizm istiqamətləri üzrə əməkdaşlıq, ölkələrimiz arasında birbaşa aviareyslərin açılması məsələləri müzakirə olundu. Dövlətimizin başçısı Orta Dəhlizin Vyetnam şirkətlərinin region bazarlarına çıxışı üçün əlverişli imkanlar yaratdığını bildirdi. Bu xüsusda Azərbaycanın Vyetnamla əməkdaşlığa hazır olduğu vurğulandı. Le Minh Hunq azərbaycanlı həmkarını Vyetnama rəsmi səfərə dəvət etdi.
Bu gün
2014 xəbər bu gün
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda "Sabah"la qarşılaşacaq "Barselona"nın Azərbaycana səfər tarixi bəlli olub.
"Qalatasaray"ın prezidenti Dursun Özbek baş məşqçi Okan Burukun gələcəyi ilə bağlı açıqlama verib. Klub rəhbəri mövsümün sonunda müqaviləsi başa çatacaq mütəxəssislə bağlı mövqeyinin dəyişmədiyini bildirib. O, Okan…
Yaxın zamanlarda Vyetnamın Azərbaycanda səfirliyi açılacaq. Bu barədə Vyetnamın Baş naziri Le Minh Hunq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib. Prezident Vyetnamın bu addımını…
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: “2027 APEX Four-Star Major Airline” və “2027…
Xəzər dənizinin Xaçmaz rayonu istiqamətində qanunsuz balıq ovuna qarşı tədbir keçirilib. Əməliyyat-axtarış tədbiri DİN-in Su Nəqliyyatında Polis İdarəsi, DSX-nin Sahil Mühafizə Xidməti və Balıqçılıq və Akvakultura…
Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Məleykə Abbaszadə uzun illər…
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunq ilə görüşü olub. Görüşdə çıxış edən Baş nazir Le Minh Hunq dedi: -Vyetnama rəsmi səfəriniz…
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Əhməd Vəhidi qarşı tərəfdə çaşqınlıq və ümidsizlik müşahidə etdiklərini bildirib. Vəhidi açıqlamasında bunları deyib. “Düşmən düşərgəsində…
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament müxalifətinə yeni Konstitusiyanın qəbulu üzrə referendumun keçirilməsi üçün lazım olan 6 səsi verməyi təklif edib. Paşinyan referendumun nəticəsindən asılı olaraq atacağı…
İqtisadçı-alim, hüquqşünas, Dünya Bankının Azərbaycanda Business Ready layihəsi üzrə eksperti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin müşaviri, i.ü.f.d. Nazim Şükürov Bakı Dövlət Universitetində (BDU) “Maliyyə…
Sabah saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından Hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işlər aparılacaq. Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən…
Yunan-Roma güləşi üzrə U-17 milli komandamız Gürcüstanda təşkil olunan beynəlxalq yarışda uğurla çıxış edərək çempion olub. Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Yarışda Azərbaycan, Türkiyə, Gürcüstan və…
Badamdardakı sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir.Bu barədə Oxu24.com-a Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib.Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər…
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemində (RDMİS) 7 830 təşkilat qeydiyyatdan keçib, istifadəçilərin sayı 14 819-a çatıb. Maliyyə Nazirliyinə istinadən, bunu nazir Sahil babayev "Rəqəmsal idarəetmə və elektron…
Azərbaycanda həyətyanı torpaq sahələrinə mülkiyyət hüququnun plan-ölçü sənədi əsasında da verilməsi nəzərdə tutulur. Bununla bağlı Mülki Məcəllədə və "Daşınmaz əmlakın dövlət reyestri" haqqında qanunda dəyişiklik…
Müğənni Gülay "Düz deyil" adlı yeni mahnısını kliplə birgə təqdim edib.
Azərbaycan və Vyetnam arasında münasibətlər yalnız diplomatik əlaqələrə deyil, həm də uzun illərin dostluq tarixinə, qarşılıqlı dəstəyə və ortaq maraqlara söykənir.
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionu olub. Idmançımız Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatında qızıl medala layiq görülüb. K44 kateqoriyası üzrə 58 kiloqram…
Aparıcı Elgiz Əkbər xəstələrə yardım məsələsi ilə bağlı səsləndirilən ittihamlara münasibət bildirib. O, efirdə başına gələn hadisələrdən birini danışaraq qeyd edib ki, bir dəfə çətin vəziyyətdə olan ana və övladı ondan…
AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender WEB Application Firewall üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat…
Ağdam rayonunda növbəti ilin ilk yarısında əhali sayının 10 min nəfər artması proqnozlaşdırılır. "Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu 20 Noyabr - Ağdam Şəhəri Günü münasibətilə təşkil olunan tədbir…
Yunan-Roma güləşi üzrə Azərbaycanın U-17 millisi Gürcüstanda təşkil olunan beynəlxalq yarışda çempion olub. Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistandan 10…
Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycana 175,4 milyon ABŞ dolları dəyərində 4 min 888 ədəd avtomobil ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı…
"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb. AZAL-a istinadən, bunlar "2027 APEX Four-Star Major Airline" və…
Bakı, 20 noyabr, AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunda dəyişilklik edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Nazirlər Kabinetinin 2022-ci il 30…
Bakı, 20 noyabr, AZƏRTAC UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda “Sabah”la qarşılaşacaq “Barselona”nın Azərbaycana səfər tarixi bəlli olub.Bu barədə Bakı təmsilçisidən AZƏRTAC-ın sorğusuna cavab…
Bakı, 20 noyabr, AZƏRTACYunan-Roma güləşi üzrə U17 milli komandamız Gürcüstanda təşkil edilən beynəlxalq yarışda uğurla çıxış edərək çempion olub.Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumatan görə…
Bakı, 20 noyabr, AZƏRTAC Noyabrın 23–24-də Azərbaycan Milli Xalça Muzeyində görkəmli xalçaçı-alim, Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Ortaq irs: Türk xalçası” mövzusunda…
Bakı, 20 noyabr, AZƏRTACAZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: “2027 APEX…
Kiyev, 20 noyabr, AZƏRTAC Rusiya qoşunlarının raket hücumu nəticəsində Kiyevdə üç nəfər həlak olub, 15 nəfər yaralanıb.AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası “Telegram” kanalında məlumat…
Bakı, 20 noyabr, AZƏRTAC Özbəkistanın Qaşqadərya vilayətində keçirilən “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində Şəhrisəbz Dövlət Pedaqoji İnstitutunda Şah İsmayıl Xətai adına Azərbaycan Dili və…
Bakı, 20 noyabr, AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Aqronomiya və bitki sağlamlığı: Elmdən…
Hanoy, 20 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb.AZƏRTAC xəbər verir ki, görüşdə…
Bakı, 20 noyabr, AZƏRTAC Xalqımızın zəngin mədəni irsinin böyük bir hissəsi qədim yurd yerimiz olan Qərbi Azərbaycanda qalmaqdadır. Əsrlərlə yaşadığımız əzəli torpaqlarmızda tarixin müxtəlif mərhələlərində yaratdığımız…
Hanoy, 20 noyabr, AZƏRTAC Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunq ilə görüşü olub.AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Baş nazir…
"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: "2027 APEX Four-Star Major Airline" və…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb. AZƏRTAC-a istinadən, görüşdə çıxış edən Milli…
“Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr yeni redaksiyada verilib.…
“Könül Xasıyeva lap belə pabda, barda, gecə klubunda oxuyub, kimə nə?” Bu sözləri şairə Nazilə Səfərli videopaylaşımında deyib. O, pabda oxuduğuna görə qınaq atəşinə tuş gələn…
“Bakının öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, həmçinin sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasını…
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi arasında görüş keçirilib. Agentliyin inzibati binasında…
Qan qrupunun virus infeksiyalarına qarşı müqaviməti müəyyən etməsi ilə bağlı fikirlər elmi baxımdan təsdiqlənməyib. Bunu "Grand Clinic" şəbəkəsinin təsisçisi və elmi direktoru Olqa...