Zaxarova Avropanın Ukrayna ilə bağlı mövqeyini tənqid ETDİ

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa ölkələrini bir-biri ilə mübarizə aparan həmfikirlər qrupu adlandırıb.

Bu barədə xarici KİV-ə istinadla məlumat verir.

Zaxarova bildirib ki, Avropa ölkələri Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda iştirak etmək istəmirlər.

Onun sözlərinə görə, Avropa ölkələri danışıqlarda kimin iştirak edəcəyini müəyyənləşdirmək üçün bir-birinə zərər vurmağa çalışırlar.

“Biz bu həmfikirlər qrupunu izləməyə davam edəcəyik”, - deyə Zaxarova bildirib.

O, həmçinin Avropa ölkələrinin danışıqlarda iştirak etmək istəmədiyini və Ukraynadakı münaqişənin daha da şiddətlənməsinə ümid etdiyini qeyd edib.