Bakı, 20 noyabr, AZƏRTACUEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda “Sabah”la qarşılaşacaq “Barselona”nın Azərbaycana səfər tarixi bəlli olub.Bu barədə Bakı təmsilçisindən AZƏRTAC-ın sorğusuna cavab olaraq məlumat verilib.Bildirilib ki, İspaniya klubu noyabrın 23-ü axşam saatlarında paytaxtımızda olacaq.Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək. Müxbir – Cavid Əliyev