Hanoy, 20 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb.AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Milli Assambleyanın sədri Çan Tan Man dedi: - Sosial və iqtisadi sahələrdə qazandığınız mühüm nailiyyətlər Azərbaycanın regionda və dünyada nüfuzunun artmasına kömək etmişdir. Biz hər zaman Azərbaycanla ənənəvi dostluq əlaqələrinə böyük önəm veririk. Məmnunluq hissi ilə qeyd edirəm ki, münasibətlərimiz bütün sahələrdə çox yaxşı irəliləyir. Bütün səviyyələrdə nümayəndə heyətləri arasında mübadilələr aparılıb və beynəlxalq arenada səmərəli əlaqələndirmə həyata keçirilib, müdafiə və təhlükəsizlik, iqtisadiyyat və ticarət, energetika, neft və qaz sahələrində əməkdaşlığımız inkişaf edib, xalqlarımız arasında təmaslar fəallaşıb. Parlamentlərimiz arasında əməkdaşlıq da mühüm rol oynayır. Vyetnamın Milli Assambleyası və Azərbaycanın Milli Məclisi birlikdə sıx çalışıblar və beynəlxalq forumlarda bir-birinə dəstək göstəriblər. Ötən il İsveçrədə parlament sədrlərinin toplantısında mən Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş keçirdim. Arzu edirəm ki, strateji tərəfdaşlığımıza daha çox töhfə vermək üçün iki ölkənin parlamentləri əməkdaşlığını davam etdirsin. Baş nazirimizlə keçirdiyiniz çox məhsuldar görüş münasibətilə Sizi təbrik edirəm. Bildiyimə görə, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi və Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın sabah Sizinlə rəsmi görüşü olacaq. Buyurun, söz Sizindir. X X X Sonra çıxış edən Prezident İlham Əliyev dedi: - Təşəkkür edirəm, cənab Milli Assambleyanın sədri. Əziz dostlar, qonaqpərvərliyiniz üçün təşəkkür edirəm. Sizin gözəl ölkənizi ziyarət etməyə çox şadam. Sizin də qeyd etdiyiniz kimi, Vyetnam və Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu, hökumətlərarası münasibətlərin çox yüksək səviyyəsini nümayiş etdirir. Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi və Prezidentinin ötən il Azərbaycana dövlət səfəri ilə bağlı mənim xoş xatirələrim var. O, məni ölkənizə dəvət etdi və mən yenidən buraya səfər etməyimə şadam. Mən on ildən artıq müddət əvvəl Vyetnamı ziyarət etmişdim və bir çox dəyişiklikləri görürəm. Ölkənizin inkişafında bütün nailiyyətlər münasibətilə Sizi təbrik etmək istəyirəm. Bəli, düz buyurursunuz, mənim cənab Baş nazirlə çox məhsuldar görüşüm oldu. Biz əsasən qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etdik. Dünyada hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, qeyd etdiyiniz sahələr xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ixrac etdiyi enerji resurslarının tədarük zənciri olduqca etibarlıdır. Azərbaycan müxtəlif qitələrdə yerləşən bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Hesab edirəm ki, ikitərəfli münasibətlərimizin önəmli nailiyyətlərindən biri də bizim enerji sahəsində əməkdaşlığın davam etdirilməsi üzrə aydın baxışa və çərçivəyə malik olmağımızdır. Həmişə qeyd etdiyimiz kimi, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. X X X Dövlətimizin başçısı özünün 2014-cü ildə Vyetnama səfərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev ölkələrimizin parlamentləri arasında dialoqun həmişə çox müsbət və nəticəyönümlü olduğunu vurğulayaraq, Azərbaycan Milli Məclisi və Vyetnam Milli Assambleyası sədrlərinin görüşünün parlamentlərarası əməkdaşlığın genişləndirilməsi baxımından rolunu qeyd etdi. Qoşulmama Hərəkatının parlamentlərarası platformasının Azərbaycanın təşəbbüsü ilə yaradıldığını xatırladan dövlətimizin başçısı bu xüsusda iki ölkənin parlament strukturları arasında əməkdaşlığı vurğuladı.Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında tərəfdaşlıq münasibətlərinin qurulduğunu qeyd etdi. Azərbaycanın Orta Dəhlizin həm vaxt, həm də təhlükəsizlik baxımından beynəlxalq daşımalarda mühüm tranzit marşrutu olduğunu deyən dövlətimizin başçısı bunun Vyetnam şirkətlərinə də daşımalar üçün əlverişli imkanlar yaratdığını bildirdi.Çan Tan Man ötən il Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri və səfər çərçivəsində qəbul edilmiş “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın önəminə toxundu. Milli Assambleyanın sədri ölkələrimizin çoxtərəfli platformalarda yaxından əməkdaşlıq etdiyini deyərək, Vyetnamın Azərbaycanla ASEAN arasında əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verməyə hazır olduğunu dedi. Söhbət zamanı ölkələrimizin beynəlxalq təsisatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində uğurlu əməkdaşlıq etdikləri vurğulandı. Görüşdə ölkələrimiz arasında müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin müntəzəm səfərlərinin təşkili, iqtisadiyyat, ticarət, enerji, o cümlədən bərpaolunan enerji, insanlararası təmaslar, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
Bu gün
1661 xəbər bu gün
Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. Erməni KİV-lərinə istinadən, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Digitec…
Hanoyda noyabrın 21-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub. "Report"un Hanoya ezam olunmuş əməkdaşı xəbər verir ki…
Azərbaycan və Dünya Bankı arasında kənd təsərrüfatının dayanıqlı idarə olunması məsələləri müzakirə edilib. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkə hesabında paylaşım edib. "ABŞ-a səfərimiz…
İndoneziyanın Maluku əyalətindəki adalar yaxınlığında 6,8 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzin məlumatına görə, zəlzələnin episentri Şərqi Timor…
Böyük Britaniyanın yenidən Avropa İttifaqına (Aİ) qoşulması müzakirə oluna bilər. Bunu Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend bildirib. Onun sözlərinə görə, Britaniyanın Baş naziri Endi Börnhemla Avropa…
Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarş...
Hanoy, 21 noyabr, AZƏRTAC Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub.AZƏRTAC xəbər verir ki, Azərbaycanın…
Sankt-Peterburq, 21 noyabr, AZƏRTAC Azərbaycan memarı Xuraman Seyidovanın layihələri Sankt-Peterburqdakı Ermitaj Teatrında keçirilən mərasimdə “Qızıl Trezzini” IX beynəlxalq memarlıq və dizayn mükafatına layiq…
Bakı, 21 noyabr, AZƏRTAC Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi tərəfindən ekoloji cinayət törədənlərə qarşı mübarizə tədbirləri davam etdirilir. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən…
Bakı, 21 noyabr, AZƏRTAC Prezident İlham Əliyevin Vyetnama səfəri iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin yeni geosiyasi və iqtisadi reallıqlar fonunda daha da möhkəmləndirilməsi…
Banda dənizində, Timor-Leste sahilləri yaxınlığında 6,8 maqnitudalı zəlzələ qeydə alınıb
Sabirabadda evlənmək məqsədilə qaçırıldığı bildirilən azyaşlı qızın və oğlanın yeri məlum olub
Yeniyetmə və gənc stolüstü tennisçilər ölkə kuboku uğrunda mübarizə aparacaqlar
Ölkənizin ənənəvi dostu olaraq Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq sayəsində qazandığı böyük…
Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər
Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır
Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur
Su Nəqliyyatında Polis İdarəsi tərəfindən ekoloji cinayət törədənlərə qarşı mübarizə tədbirləri davam etdirilir
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 22-də “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsinin başlanmasının rəsmən elan olunacağını bildirib
Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar…
İran Qeşm adası üzərində ABŞ-a məxsus MQ-1 PUA-nı məhv edib
Fin körfəzində Kalininqrada doğru hərəkət edən Rusiya yük gəmisinə iki pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin iki üzvü medal uğrunda mübarizə aparacaq
Azərbaycan təmsilçisi "Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçirib.
Su Nəqliyyatında Polis İdarəsi tərəfindən ekoloji cinayət törədənlərə qarşı mübarizə tədbirləri davam etdirilir. İdarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli...
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 22-də “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsinin başlanmasının rəsmən elan olunacağını bildirib. Bu barədə “News Armenia”...
Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur.
Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq sayəsində qazandığı böyük nailiyyətləri qeyd etməkdən həmişə…
Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar…
“Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək…
Azərbaycanda 2025/2026-cı tədris ilinin əvvəlində cəzaçəkmə və tərbiyə müəssisələrinin nəzdində fəaliyyət göstərən 5 ümumtəhsil məktəbində 637 nəfər təhsil alıb. Şagirdlərin 437-si X və XI siniflərdə oxuyub. Bu həmin…
Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar…
Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqin ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinin görüşü ərəfəsində qalmaqallı xəritə paylaşıb. Xəritədə dünya üç böyük dövlətin təsir…
Aparıcı Elgiz Əkbərə dəstək verənlərin sayı artmaqda davam edir. Zaur Baxşəliyevdən sonra tanınmış aparıcı Xoşqədəm Hidayətqızı da həmkarına dəstəyini nümayiş etdirib. O, Elgiz Əkbərin televiziyalarda yayımlanan…
İndoneziyanın Maluku əyalətindəki adalar yaxınlığında 6,8 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. (function(containerId) { if…
İndoneziyanın şərq bölgəsində 7.2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır".
Bu kontekstdə analitiklər Avropanın təhlükəsizlik sistemində xüsusi yer tutan Fransaya diqqət çəkirlər. Fransa Aİnin aparıcı dövlətlərindən biri, nüvə dövləti və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bundan əlavə…
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 22-də “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsinin başlanmasının rəsmən elan olunacağını bildirib. Bu barədə “News Armenia” agentliyi məlumat yayıb…
Avropa İttifaqının (Aİ) EU4Business təşəbbüsü çərçivəsində Azərbaycanda 2025-ci ildə yaradılan yeni iş yerlərinin sayı 2024-cü illə müqayisədə 12,3% və ya 1 249 artaraq 11 416-ya çatıb. Bu barədə EU4Business proqramının…
Bu gün Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin 68 yaşı tamam olur.
Yaponiyanın ən yüksək zirvəsi olan Fuci dağında noyabrın 8-də itkin düşən 25 yaşlı çinli alpinist Çen Cienin ailəsi onu sağ tapan şəxsə 500 min yuan (təxminən 75 min dollar), meyitini tapanlara isə 100 min yuan (təxminən…
Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək…
Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur. Bu sözləri Vyetnam Prezidenti To Lam Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban…
Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alaraq qarşılığında bu ölkələrə süni intellekt texnologiyaları sata bilər. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. O qeyd edib ki, Azərbaycan və Türkiyə…
Ölkənizin ənənəvi dostu olaraq Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq sayəsində qazandığı böyük…