Tbilisidə yaşayış binasında baş verən partlayış nəticəsində 6 nəfərin həlak olması ilə əlaqədar noyabrın 22-si Gürcüstanda matəm günü elan edilib.
Müvafiq qərar Gürcüstan hökuməti tərəfindən qəbul edilib.
Qərara əsasən, həmin gün ölkə ərazisində dövlət bayraqları yarıya qədər endiriləcək.
Qeyd edək ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Dağıntılar altında qalan yeddi nəfərdən yalnız biri – 3 yaşlı uşaq xilas edilib.
Həlak olanlar arasında üç qadın, bir kişi və iki uşaq var.